Siyasət

Ərdoğan köhnə avtomobili ilə Türkiyəyə yardım aparan Sərvərlə görüşdü

Sharing is caring!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və MHP sədri Dövlət Baxçalı Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkmiş bölgələrdə görülən işlərlə tanış olmaq üçün Adıyamana gəlib.

Adıyamanın mərkəzini və Gölbaşı mahalını ziyarət edən Ərdoğan və Baxçalı zəlzələdən zərərçəkənlərlə bir araya gəliblər.

Dövlət başçısı fevralın 6-da baş verən zəlzələlərdən sonra köhnə avtomobili ilə Türkiyəyə yardım aparması ilə gündəmə gələn azərbaycanlı Sərvər Bəşirli ilə də görüşüb.

Qeyd edək ki, həmyerlimiz hazırda bölgədə aparılan yardım işlərinə qatılıb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir