Siyasət

Azərbaycan və Türkiyənin BMT-dəki nümayəndələri arasında görüş olub – FOTO

Sharing is caring!

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev və türkiyəli həmkarı arasında Sedat Önal arasında görüş olub.

Bu barədə Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi “Twitter”də məlumat yayıb.

“Hörmətli həmkarım və dostum, qardaş Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı yeni daimi nümayəndəsi Zati-aliləri cənab Sedat Önala ən səmimi salamlarımı və ən xoş arzularımı çatdırıram!”, – azərbaycanlı diplomat bildirib.

Xatırladaq ki, fevralın 3-də Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal bu ölkənin BMT-dəki daimi nümayəndəsi vəzifəsinə təyin olunub.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir