AKTUAL manset

MSK bələdiyyə üzvlüyünə qeydə alınan namizədlərin siyahısını açıqladı

Sharing is caring!

Bələdiyyə seçkilərində qeydə alınan namizədlərin siyahısı Mərkəzi Seçki Komissiyasının (MSK) internet saytında yerləşdirilib.

 

XəbərAl.az xəbər verir ki, MSK-nın rəsmi saytında ayrı-ayrı dairələr üzrə namizədlərin tam siyahısı verilib. Siyahıya uyğun olaraq, 118 seçki dairəsindən 1606 bələdiyyəyə qeydiyyat aparılıb. Saytda 41 800-dək namizədin adı yerləşdirilib.

 

Qeyd edək ki, ölkəmizdə bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.

 

Xatırladaq ki, sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də baş tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir