Siyasət

Səfir: “Azərbaycan və Yaponiya gələcək əməkdaşlığın prioritet istiqamətlərini müəyyənləşdirməyi hədəfləyir”

Sharing is caring!

“Azərbaycan və Yaponiya qarşıdakı bir neçə il üçün əməkdaşlığın prioritet istiqamətlərini müəyyən etməyi hədəfləyir”.

“Report” xəbər verir ki, bunu Yaponiyanın Azərbaycandakı səfiri Vada Cuniçi Yaponiya İmperatorunun doğum günü münasibətilə keçirilən tədbirdə deyib.

“Azərbaycanla Yaponiya arasında dostluq münasibətləri qurulub. Ötən il ölkələr arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi qeyd olunub. İndi biz növbəti 30 il və ya daha çox müddətdə hansı sahələri inkişaf etdirəcəyimizi müzakirə edə bilərik”, – o vurğulayıb.

Səfir Yaponiya İmperatorunun 63 illik yubileyinin Bakıda qeyd olunmasını da sevindirici hal kimi dəyərləndirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir