Dünya

Türkiyə Ermənistan təyyarəsini hava məkanına buraxmadı: Fransaya uçan təyyarə Moldovada endi

Sharing is caring!


Türkiyə Ermənistanın “Flyone Armenia” aviaşirkətinin təyyarəsini öz hava məkanına buraxmayıb. Bu səbəbdən də İrəvandan Parisə uçan təyyarə Moldova paytaxtına eniş etməli olub.

Erməni tərəfi Türkiyəni hava məkanını bağlamaqda ittiham etsə də, bunun həqiqətə uyğun olmadığı bildirilib.

Belə ki, Ankaradakı aviasiya sahəsindəki mənbəyə istinadən yayılan məlumata görə, ehtimal ki, Türkiyə öz hava məkanından istifadə ilə bağlı müvafiq müraciət almayıb.

“Məsələ burasındadır ki, beynəlxalq qaydalara görə, uçuşlar həyata keçirən aviaşirkət uçuşu üçün səmasından istifadə etmək istədiyi ölkəyə müraciət etməlidir. Özü də əvvəlcədən, uçuşların həyata keçirilməsindən əvvəl. Göründüyü kimi, Türkiyə tərəfinə belə bir müraciət daxil olmayıb və bununla bağlı uçuşlar həyata keçirilməyib. Bu və ya digər səbəbdən hava məkanı bağlanarsa, bu barədə qarşı tərəf məlumatlandırılır”, – mənbə bildirib.

Mənbə: TASS, Sputnik

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir