Siyasət

Azərbaycan könüllüsü: “Kahramanmaraşda qida və dərmanların paylanılmasında iştirak edirik” – FOTO

Sharing is caring!

“TIR-lar vasitəsilə Türkiyəyə gətirilən humanitar yardımların – qida və dərmanların boşaldılmasında, çeşidlənməsində, zərərçəkmişlərə paylanılmasında iştirak edirik”.

Bunu “Report”un Türkiyəyə ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan könüllüsü İslam Əlisoy deyib.

Onun sözlərinə görə, artıq 10 günə yaxın müddətdir ki, 100 nəfərlik könüllü heyəti ilə birgə Kahramanmaraşda fəaliyyət göstərir:

“Prezident İlham Əliyevin Türkiyədə baş vermiş zəlzələ ilə bağlı xalqa çağırışından sonra Naxçıvan Muxtar Respublikasından qardaş ölkənin Kahramanmaraş şəhərinə gəldik. Biz TIR-lar vasitəsilə Türkiyəyə gətirilən humanitar yardımları – qida, dərman mallarının boşaldılmasında, çeşidlənməsində, zərərçəkmişlərə paylanılmasında köməklik edirik”.

“Bundan başqa, Türkiyə Gənclik Vəqfinin könüllüləri ilə birgə ucqar kəndlərdə qalan, yardıma ehtiyacı olan sakinlərə qida mallarının paylanılmasında, aparıb çatdırılmasında köməklik göstəririk. Beş ilə yaxındır ki, könüllü fəaliyyəti ilə məşğul olmuşam. Bir çox nominasiyalarda qalib olub, diplomlarla təltif edilmişəm. Amma mənim fikrimcə Kahramanmaraşda göstərdiyimiz fəaliyyət mənim könüllü fəaliyyətimin ən qürurverici anıdır. Sona qədər də Türkiyədə sakinlərə yardımlar göstərəcəyik”, – könüllü vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir