Siyasət

Dövlət başçısı Azərbaycan-Ermənistan münasibətlərinın normallaşdırılması üçün platformalardan danışıb

Sharing is caring!

“Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələlərinin müzakirəsi üçün bir neçə platforma var”.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə keçirilən “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda çıxışı zamanı deyib.

Dövlətimizin başçısı bildirib: “Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələlərinin müzakirəsi üçün bizdə bir neçə platforma var. Onlardan biri belə adlandırılan Brüssel formatıdır. Dünən Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişellə görüş zamanı biz prosesə tərəfdar olduğumuzu bir daha təsdiqlədik. Bu gün Dövlət katibi Blinkenin təşkil etdiyi üçtərəfli görüşdə də biz Brüssel prosesini üçtərəfli format kimi müzakirə etdik. Fikrimcə, hamı başa düşür ki, bu, yalnız Aİ, Azərbaycan və Ermənistanın daxil olduğu üçtərəfli formatdır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir