Cəmiyyət

Qusarda yol qəzası: Avtomobilin idarəetməsini itirən sürücü ağaclara çırpılaraq öldü

Sharing is caring!

Qusar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə Qələcuq kəndindən keçən hissəsində qeydə alınıb.

Quba rayon Dəlləkli kənd sakini Qədirov Baxodir Mamat oğluna məxsus “Opel” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarındakı qoz ağaclarına çırpılıb.

Qəza zamanı B.Qədirov ölüb. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir