Siyasət

Prezident: “İraqın Kürdüstan Regionu ilə iqtisadi-ticari əlaqələrin inkişafı üçün böyük potensial var”

Sharing is caring!

“İraqın Kürdüstan Regionu ilə Azərbaycan arasında ortaq tarixi və mədəni əlaqələr mövcuddur, bu regionun Türkiyə ilə də çox sıx münasibətləri var və bu xüsusda birgə əməkdaşlıq layihələrinə baxıla bilər”.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Münhenə səfəri çərçivəsində İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşündə bildirib.

Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin olduğunu deyən dövlətimizin başçısı bu çərçivədə üçtərəfli əməkdaşlıq mexanizmlərinin perspektivdə nəzərdən keçirilə biləcəyini vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, İraqın Kürdüstan Regionu ilə iqtisadiyyat, ticarət sahələrində əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensial var. Ona görə də biznes dairələri arasında birbaşa əlaqələrin qurulması, həmçinin biznes şurası formasında müxtəlif təsisatların yaradılması məsələlərini nəzərdən keçirmək olar.

Azərbaycan Prezidenti İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzanini ölkəmizə səfərə dəvət edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir