Siyasət

Azərbaycan və Rusiya parlamentləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb

Sharing is caring!

Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova arasında görüş keçirilib.

Bu barədə Dövlət Dumasının Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, görüş çərçivəsində iki ölkənin parlamentləri arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Bu, Dövlət Duması ilə Milli Məclis arasında imzalanmış ilk sazişdir.

Bundan başqa, görüşdə yüksək səviyyəli parlamentlərarası komissiyanın yaradılması haqqında qərar qəbul edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir