Siyasət

Beynəlxalq səyyahların səfəri Ağdamda başa çatdı – VİDEO

Sharing is caring!

Beynəlxalq səyyahlar qrupunun işğaldan azad edilmiş ərazilərə səfəri başa çatıb. Səyyahlar son olaraq Ağdam rayonunda olublar.

Səfər çərçivəsində Ağdamda Ermənistan tərəfindən işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini, mədəni və tarixi abidələrə, o cümlədən Ağdam Cümə məscidinə, Dram Teatrının qalıqlarına və yerlə bir edilmiş Şəhidlər xiyabanına baxış keçirilib.

“Gəlməzdən əvvəl bu ərazilər haqqında o qədər də məlumatlı deyildim”, – deyən britaniyalı səyyah Şon Braun qeyd edib ki, tikinti, bərpa işlərinin sürətlə icra olunması insanı heyrətləndirir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir