Dünya

Türkiyəli aktyorun qızı dağıntılar altında qalıb: “Ayağı beton plitələr arasında sıxışıb, çıxa bilmir” – FOTO

Sharing is caring!

Türkiyədə tanınmış aktyor Orhan Aydın zəlzələdən sonra qızı Eylem Şafak və keçmiş həyat yoldaşının Elif Torun Önerenin də Hatayda dağıntılar altında qaldığını açıqlayıb.

Oxu.Az-ın məlumatına görə, aktyor bu barədə özünün “Twitter” sosial şəbəkə hesabındakı paylaşımında bildirib.

Aktyor daha sonra keçmiş həyat yoldaşının dağıntılar altından çıxarıldığını, ancaq qızının hələ də yardım gözlədiyini deyib.

“Övladımın anası Elif Torun Öneren sakinlər tərəfindən xilas edilib… Növbə qızımdadır (əziz balam, səbir elə)”, – deyən Orhan Aydın sonrakı paylaşımında qızının ayağının beton plitələr arasında qaldığını deyib.

“Betonkəsici lazımdır. Kömək edin!”, – deyə aktyor yardım istəyib.

Orhan Aydın yollar bağlı olduğu üçün ora gedə bilmədiyini vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir