Siyasət

Gənclərimiz milli birliyimizi təbliğ etməlidirlər!

Sharing is caring!

1997-ci ildə Heydər Əliyev Gənclər günü ilə bağlı Fərmanı imzaladı.

Həmin ildən fevralın 2-si ölkədə Gənclər Günü kimi qeyd olunur. Savadlı, dünyagörüşlü, fəal, eyni zamanda Azərbaycanı dünyada layiqincə təmsil edən gənclərimiz çoxdur. Vətənimiz üçün çox vacib hadisə olan 44 günlük haqq savaşında da biz gənclərimizin fəallığını gördük.

Hər bir gəncimiz ancaq torpaqlarımızın  azadlığı uğrunda döyüşdü. Gənclərimiz bu döyüşü istər ön cəbhədə, istər arxa cəbhədə, istərsə də informasiya sahəsində apardılar. Azərbaycanın hər bir vətəndaşı demək olar ki, 44 gündə vətəni naminə çalışdı və ölkəsinin haqq səsini dünyaya çatdırmaq üçün əsil mübarizə apardılar.

Vətən gəncləri sayəsində 30 illik torpaq işğalına son qoya bildi. Biz qazilərimizin, şəhidlərimizin və igidlərimizin sahəsində bu gün Qarabağımıza sahib olmuşuq. Qarabağ azad olunandan sonra da gənclərimiz o torpaqların yenidən dirçəlməsi üçün var gücləri ilə çalışırlar. Gənclərimizin, ümumilikdə bütün vətəndaşlarımızın bu birliyi daimi olmalıdır.

Gənclərimiz hər bir sahədə fəal olduqları kimi sosial şəbəkələrdə də fəal olmalıdırlar. Onlar sosial şəbəkələrdən yaxşı yöndə istifadə etməli və vətənimiz haqqında lazımlı məlumatları lazımi yerlərə çatması üçün çalışmalıdırlar . Çünki indi texnologiyalar dövrüdür və müasir dövrdə müharibə tək cəbhədə getmir. Demək olar ki, indi əsas müharibələr informasiya savaşında gedir.

Eyni zamanda gənclərimiz milli birliyimizi də təbliğ etməlidirlər. Ölkəmizə qarşı son baş verənlər də onu göstərir ki, bizim milli birliyimiz vətənimiz üçün çox vacibdir. Azərbaycanımızı n bütövlüyü və azadlığı naminə hər bir gəncimiz, vətəndaşımız əlimdən gəlməli etməlidir. Bunun üçün də əsas yük gənclərimizin çiyinləri üstündədir. Gənclərimiz artıq 52 gündür Xankəndi-Laçın yolunda keçirdikləri ekoloji aksiya ilə hər bir işi sübut edirlər. Onlar soyuğa, qara, şaxtaya baxmayaraq vətənləri üçün orada dayanırlar və dözüm nümayiş etdirirlər. Nə qədər çətin olsa da, bu şərəfli yolda hər bir gəncimizə uğurlar arzulayıram.

Gənclər Gününüz Mübarək Olsun!

Könül İsmayılova – Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, MMP-nin Siyasi Şurasının və İH-nin üzvü

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir