Siyasət

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə İƏT Parlament İttifaqı əməkdaşlıq edəcək – FOTO

Sharing is caring!

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Bu barədə Milli Məclis məlumat yayıb.

Bildirilib ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Əlcəzairdə keçirilən 17-ci konfransı çərçivəsində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə Parlament İttifaqı yanında, Parlament İttifaqına isə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi yanında müşahidəçi statusunun verilməsi müzakirə olunub.

Bu məsələ üzv parlamentlər tərəfindən yekdilliklə dəstəklənib.

Sonra Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Parlament İttifaqının baş katibi Muhammed Xurayçi Niyass sözügedən məsələyə dair anlaşma memorandumunu imzalayıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir