Siyasət

Ermənilər bu gün ABŞ-də azərbaycanlılara qarşı təxribata hazırlaşırlar

Sharing is caring!

Ermənilərin ABŞ-də azərbaycanlılara qarşı növbəti təxribatı gözlənilir.

Belə ki, bu gün Bakı vaxtı ilə saat 19:00-da Vaşinqtonda Kapitoli binasında “Qarabağı xilas etmək üçün koalisiya” adlı qondarma təşkilatın ictimai təqdimatı keçiriləcək.

Bu barədə ABŞ-də fəaliyyət göstərən və ermənilər tərəfindən idarə edilən internet resurslarında məlumat yayılıb.

Daha sonra ermənilər saat 23:00-da Azərbaycanın ABŞ-də yerləşən səfirliyi qarşısında aksiya keçirməyi planlaşdırırlar.

Qeyd olunur ki, “Qarabağı xilas etmək üçün koalisiya” aşağıdakı şəxslər və təşkilatlar tərəfindən idarə ediləcək:

Britaniya Lordlar Palatasının üzvü Baronessa Koks və onun rəhbərlik etdiyi “Humanitarian Aid Relief Trust” ( Humanitar Yardım Fondu) fondu;

“Armenian National Committee of America” (Amerika Erməni Milli Komitəsi);

“Anglican Office of International and Government Affairs” (Beynəlxalq və Hökumətlə Əlaqələr üzrə Anqlikan təşkilatı);

“Christian Solidarity International” (Xristian Həmrəyliyi Beynəlxalq Təşkilatı);

“Vulnerable Peoples Project” (Həssas İnsanlar Layihəsi).

Həmçinin yanvarın 29-da Bakı vaxtı ilə gecəyarısı ermənilər Azərbaycanın Los-Ancelesdəki konsulluğuna yürüş təşkil etməyi planlaşdırırlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir