Siyasət

ABŞ Dövlət Departamentinin Qafqaz Danışıqları üzrə Baş Müşavirinin səlahiyyət müddəti başa çatıb

Sharing is caring!

ABŞ Dövlət Departamentinin Qafqaz Danışıqları üzrə Baş Müşaviri Filip Rikerin səlahiyyət müddəti başa çatıb.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays birifinq zamanı məlumat verib.

O bildirib ki, Rikerin bu vəzifədə fəaliyyəti ABŞ-nin Ermənistan və Azərbaycana ikitərəfli davamlı sülh danışıqlarında yardımla bağlı verdiyi əhəmiyyəti bir daha təsdiqləyir. Eləcə də Cenevrə beynəlxalq müzakirələrində Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləmək məqsədini ifadə edir.

Prays qeyd edib ki, səfir Rikerin səlahiyyət müddətinin başa çatması ABŞ-nin Cənubi Qafqaz regionu üzrə təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyə sadiqliyinə heç bir şəkildə xələl gətirmir. Birləşmiş Ştatlar bu istiqamətdə Avropa İttifaqı kimi həmfikir tərəfdaşları və ATƏT kimi beynəlxalq təşkilatlar vasitəsilə ikitərəfli əlaqələri davam etdirir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir