İdman

Fərid Qayıbov “Haber Global”a danışıdı: “Türkiyədə özümüzü evimizdəki kimi hiss edirik” – VİDEO

Sharing is caring!

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları davam edir.

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov ölkəmizi İslam Həmrəyliyi Oyunlarında təmsil edən idmançılara dəstək olmaq üçün yarışları tribunadan izləyib.

“Haber Global”a müsahibə verən nazir qeyd edib ki, Azərbaycan İslam Həmrəyliyi Oyunlarında  idmanın 22 növü üzrə təmsil olunur.

“Özümüzü burada evimizdəki kimi hiss edirik”, – deyə Fərid Qayıbov vurğulayıb.

Gənclər və idman naziri qeyd edib ki, artıq Azərbaycan idmançıları İslam Oyunlarında dörd qızıl medal qazanıblar (hazırda beş qızıl medal qazanılıb – red.) və təmsilçilərimizin növbəti uğurlara imza atacaqlarına inanır:

“Azərbaycanda idmana dövlət səviyyəsində böyük diqqət ayrılır. İdmançılarımız da öz növbəsində qazandıqları medallarla bizi sevindirirlər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir