Siyasət

17 gündür azərbaycanlı fəalların qarşısına çıxmayan Volkov Xankəndidə separatçıların “hüzur”una çıxdı – VİDEO

Sharing is caring!

Azərbaycan Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanı general Andrey Volkov artıq 17 gündür ki, azərbaycanlı ekofəalların tələblərinə baxmayaraq onların qarşısına çıxmır.

Oxu.Az xəbər verir ki, məsələ erməni separatçılarına gələndə isə general xüsusi “həssaslıq” nümayiş etdirib. Erməni separatçıların iki-üç gün ərzində Xankəndidə saldığı səs-küyə laqeyd qala bilməyən Andrey Volkov bu dəqiqələrdə onların “hüzur”una gedərək danışıqlara başlayıb.

Belə olan halda isə haqlı olaraq sual yaranır ki, necə ola bilər, Volkov azərbaycanlı fəalların qarşısına çıxmaq istəmir, ancaq dərhal erməni separatçılarla eyni masa arxasında əyləşməyə can atır?

Rusiyalı general bu addımı ilə növbəti dəfə öz fəaliyyətinə kölgə salıb, sülhməramlıların komandanı kimi öz missiyasının tərəfsizliyini şübhə altında qoyub.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir