İdman

Kastelyanos tarixə düşdü, “Real” 4 qolla uduzdu – VİDEO

Sharing is caring!


İspaniya La Liqasında XXXI tura start verilib.

Oxu.Az xəbər verir ki, “Real” (Madrid) “Jirona”nın qonağı olub. Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 4:2.

Madridlilərin qollarına Vinisius Junior və Lukas Vaskes imza atıblar. Kataloniya klubunun bütün qollarını isə Tati Kastelyanos vurub. O, XXI əsrdə La Liqa matçında “Real”a 4 top vuran ilk futbolçu kimi tarixə düşüb.

Bu məğlubiyyətdən sonra 65 xalda qalan “kral klubu” əvvəlki kimi 2-ci pillədədir və lider “Barselona”dan 11 xal geri qalır. “Barsa”nın ehtiyatda bir oyunu da var. “Jirona” qələbə sayəsində iki pillə irəliləyərək 9-cu sıraya yüksəlib. Komandanın 41 xalı var.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir