Siyasət

UABD-dən Laçın yolundakı aksiya iştirakçılarına dəstək – FOTO

Sharing is caring!

Bu gün Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki təbii sərvətlərin talanması, Qarabağ iqtisadi rayonunda, habelə Ukraynada baş verənlər, həmçinin Rusiya sülhməramlılarının komandanlığı ilə Qarabağdakı erməni separatçılar arasında əlaqələr barədə həqiqətləri Ukrayna ictimaiyyətinə çatdırmaq məqsədilə “İnterfax-Ukraine” İnformasiya Agentliyinin mətbuat mərkəzində konfrans keçirilib.

Tədbirdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) rəhbəri Hikmət Cavadov çıxış edərək 2020-ci il noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyanatla Azərbaycanla Ermənistan arasındakı müharibənin dayandırıldığını xatırladıb:

“Bu bəyanatın 3-cü bəndinə əsasən Rusiya Federasiyasının sülhməramlı qüvvələri bölgəyə yerləşdiriliblər. Eyni sənədin 4-cü bəndində isə Rusiya sülhməramlılarının Ermənistan silahlı qüvvələrinin bölgədən çıxarılmasına paralel şəkildə əraziyə cəlb olunması göstərilir. Amma həmin bu müddəa Ermənistan tərəfindən yerinə yetirilmədi. Rəsmi Bakı bunu həm Moskvanın, həm də İrəvanın diqqətinə dəfələrlə çatdırıb”.

Üçtərəfli bəyanatın 4-cü bəndinə əsasən bölgədə Rusiya sülhməramlı kontingentinin 5 il qalacağı və tərəflərdən hər hansı biri həmin müddətin başa çatmasına azı 6 ay qalmış buna qarşı çaxmazsa, həmin müddətin avtomatik olaraq daha 5 il uzadılacağı da qeyd olunub.

H.Cavadov Azərbaycanın təbii sərvətlərinin qarət olunmasına Rusiya sülhməramlılarının laqeyd yanaşdıqlarını da vurğulayıb.

“2021-ci ilin 7 iyul tarixində Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərman imzalayıb. Həmin fərmanla ölkənin 14 iqtisadi rayonundan biri olan Qarabağ iqtisadi rayonu yaradılıb. Həmin bölgəyə hazırda erməni mənşəli əhalinin də yaşadığı ərazilər aiddir”, – deyə H.Cavadov bildirib.

Tədbir zamanı oktyabr ayının əvvəllərində Praqa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron arasında görüş zamanı Ermənistan tərəfinin BMT Nizamnaməsinə, Almatı prinsiplərinə sadiq olduğunu təsdiq etdiyi də xatırladılıb:

“Bununla rəsmi İrəvan bütövlükdə Qarabağ iqtisadi rayonu ərazisinin ölkəmizin bir hissəsi olduğunu qəbul etdi. Yəni Ermənistan Qarabağda ermənilərin yaşadığı ərazinin Azərbaycan ərazisi olduğunu etiraf etdi. Bununla Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində Qızılbulaq qızıl yatağını, Dəmirli mis-molibden yatağını qanunsuz olaraq istismar etdiklərini də təsdiqləmiş oldular. Azərbaycan haqlı və əsaslı olaraq öz ərazisində bu məsələ ilə bağlı monitorinq keçirilməsini tələb edir”.

Bununla belə, Qarabağdakı separatçıların və onların adından səs-küylü bəyanatlar verən, Rusiyada milyardlarla vəsait qazanmış erməni oliqarx Ruben Vardanyanın həmin haqlı tələblərin yerinə yetirilməsinə əngəl törətməyə çalışdığı qeyd olunub.

Hazırda öz qanuni tələblərinin yerinə yetirilməsi üçün etiraz aksiyası keçirən azərbaycanlı fəallara UABD-nin tam dəstək verdiyini diqqətə çatdıran H.Cavadov Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının da həmin bölgədən çıxarılmalarını tələb etdiklərini vurğulayıb.

Tədbirdə həmçinin Ukrayna Silahlı Qüvvələri 114-cü briqadasının mətbuat katibi Dmitro Kulibaba, Ukraynada gedən müharibənin iştirakçısı Vidadi İsrafilov və Ukrayna ordusunun zabiti Alim Nəsirov də çıxış ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir