Siyasət

Ərdoğan: “Qara dənizdə 1 trilyon dollarlıq qaz ehtiyatı kəşf etdik”

Sharing is caring!

“Fatih” qazma gəmisi Çaycuma-1 yatağında dənizin 3323 metr dərinliyində 58 milyard kubmetr təbii qaz ehtiyatı aşkar edib.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin toplantısı ardından verdiyi açıqlamalar zamanı bildirib.

Dövlət başçısının sözlərinə görə, ölkəsinin Qara dənizdəki qaz ehtiyatı 710 milyard kubmetrə çatıb.

“Qara dənizdə kəşf etdiyimiz təbii qazın həcmi bugünkü rəqəmlərlə beynəlxalq bazarlarda 1 trilyon dollar dəyərindədir”, – deyə Ərdoğan qeyd edib.

Mənbə: TRT

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir