Siyasət

Rusiyada MDB ölkələri başçılarının qeyri-rəsmi görüşü keçiriləcək

Sharing is caring!

Rusiyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri başçılarının qeyri-rəsmi görüşü keçiriləcək.

Bu barədə MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev xəbər verib.

O, qarşıdan gələn görüşü vacib adlandırıb.

“Rusiya prezidentinin dəvəti ilə bu görüş dekabrın 26-27-də baş tutacaq. Ümid edirik ki, bu, əməkdaşlığımıza əlavə təkan verəcək”, – deyə Lebedev Minskdə bildirib.

Xatırladaq ki, MDB Dövlət Başçıları Şurasının rəsmi sammiti oktyabrın 14-də Astanada keçirilib.

Mənbə: “Ria Novosti” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir