Siyasət

Rusiya MN: “Şuşa-Xankəndi yolunda hərəkətin bərpası üçün danışıqlar davam edir”

Sharing is caring!

Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlıları Şuşa-Xankəndi yolunda hərəkətin bərpası üçün Azərbaycan və Ermənistan tərəfləri ilə danışıqlar aparırlar.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya sülhməramlı kontingentinin komandanlığı vəziyyətin sabitləşdirilməsi və Şuşa-Xankəndi yolunda hərəkətin bərpası üçün Azərbaycan və Ermənistan tərəfləri ilə danışıqlar prosesini davam etdirir”, – məlumatda deyilir.

Nazirlikdən bildirilib ki, sülhməramlılar həmçinin ərazidəki otuz müşahidə məntəqəsində gecə-gündüz monitorinq aparırlar.

“Rusiya sülhməramlılarının məsuliyyət zonasında heç bir pozuntu və ya təxribat qeydə alınmayıb”, – deyə nazirlik əlavə edib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir