Siyasət

Ərdoğan: “Ümid edirəm ki, Türkmənistan qazını Xəzər vasitəsilə ölkəmizə gətirə bilərik”

Sharing is caring!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistana səfəri öncəsi Ankara Esenboğa Hava Limanında mediaya açıqlamalar verib.

“Biz Türkiyə-Azərbaycan-Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşündə iştirak etmək üçün tezliklə yola düşürük. Xarici işlər nazirlərimiz ilkin hazırlıqları başa vurduqdan sonra biz dövlət başçıları kimi yeni əməkdaşlıq formatına başlayırıq. Ortaq tarixi, dil və mədəni əlaqələrimiz olan Azərbaycan və Türkmənistanla əməkdaşlığımız günü-gündən möhkəmlənir.

Aydındır ki, bizim həmrəyliyimizi daha da inkişaf etdirmək üçün potensialımız var. Münasibətlərimizi gücləndirmək üçün səylərimizdə biz cari regional və qlobal hadisələrin təklif etdiyi imkanları da nəzərə alırıq. Sammit bu səylərin ən yeni və konkret nümunəsidir”, – deyə dövlə başçısı bəyan edib.

O, bildirib ki, enerji, nəqliyyat və kommersiya məsələləri sammitin əsas gündəm mövzuları olacaq.

“Əlaqələrimizin hüquqi əsaslarını gücləndirmək üçün müxtəlif sazişlər imzalayacağıq. Beləliklə, biz məsul qurumlarımız arasında enerji, nəqliyyat, ticarət, iqtisadiyyat, gömrük, təhsil, elm və mədəniyyət sahələrində səmərəli əməkdaşlıq mexanizmlərini dəstəkləyəcəyik. Görüşlərimiz zamanı regional və qlobal məsələlərlə bağlı da fikir mübadiləsi aparacağıq. Məqsədimiz təkcə üç ölkənin xalqı üçün deyil, həm də qardaş türk dövlətləri və bölgəmiz üçün daha firavan və təhlükəsiz gələcək qurmaqdır. Çoxtərəfli platformalarda, xüsusilə Türk Dövlətlər Təşkilatı ilə əməkdaşlığımızı inkişaf etdirmək də hədəflərimiz arasındadır. İnanıram ki, sammitdə qəbul olunacaq qərarlar səylərimizdə bizə kömək edəcək”, – Ərdoğan vurğulayıb.

Türkiyə Prezidenti qeyd edib ki, 21-ci əsrin türk əsri olması, həmrəyliyimizi artırmaq, qardaşlığımızı hər sahədə gücləndirmək üçün çalışmağa davam edəcəyik.

Mənbə: TRT

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir