Dünya

ABŞ Ukraynaya “Patriot” sistemləri göndərəcək

Sharing is caring!

Co Bayden administrasiyası Ukraynaya “Patriot” raketdən müdafiə sistemi göndərmək planları üzərində işini yekunlaşdırır.

Bu barədə CNN ABŞ hökumətinin yüksək səviyyəli rəsmilərinə istinadən xəbər verib.

Mənbələrin bildirdiyinə görə, ABŞ bu həftə sözügedən hava hücumundan müdafiə sistemlərini Ukraynaya ötürmək planlarını rəsmən açıqlaya bilər.

Bildirilir ki, Pentaqonun planı imzalanmaq üçün Baydenə göndərilməzdən əvvəl ABŞ müdafiə naziri Lloyd Ostin tərəfindən təsdiqlənməlidir.

CNN-in mənbələri Pentaqon rəhbərinin “Patriotlar”ın Ukraynaya transferini təsdiqləyəcəyini gözləyirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir