Siyasət

“Böyük Qayıdış” Gənclər Təşkilatının üzvləri Ulu Öndər Heydər Əliyevi ehtiramla yad ediblər – FOTO

Sharing is caring!

“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 12 Dekabr – Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilib.

Silsilə tədbirlər çərçivəsində təşkilat nümayəndələrinin, Vətən müharibəsi qazilərinin və üzv gənclərin iştirakı ilə Fəxri xiyabanda Ulu Öndərin xatirəsi yad edilib, Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.

Tədbirlər müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin zəngin irsinin dərindən mənimsənilməsi, şərəfli və mənalı ömür yolunun, zəngin dövlətçilik təcrübəsinin və misilsiz xidmətlərinin öyrənilməsi məqsədilə təşkil edilib. 

Heydər Əliyev Mərkəzinə ekskursiya zamanı gənclər Ümummilli lider Heydər Əliyevin həyatı, şəxsi əşyaları, həm Sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının virtual formada təqdim edilən müxtəlif aspektləri ilə, müxtəlif illərdə layiq görüldüyü orden və medallarla, zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlarla, həmçinin siyasi irsini təbliğ edən video və fotoarxiv sənədlərlə tanış olublar.

Prezidentliyi dövründə Azərbaycan tarixində baş verən yeniliklər, həyat amalı, zaman və məkan anlayışına sığmayan siyasi fəaliyyətinin əsas məqsədi azad və müstəqil Azərbaycan dövlətini qurmaq olan Heydər Əliyevin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində xalqımızın azadlıq və müstəqillik idealları gerçəkləşmiş, Azərbaycan öz tarixi həqiqətlərinə çatıb. 

Ulu Öndərin fəaliyyətində gənclərə diqqət və qayğı, onların vətənpərvərlik ruhda yetişməsi hər zaman xüsusi yer tutub. “Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir,” –  Ümummilli lider Heydər Əliyevin bir vaxtlar səsləndirdiyi bu dəyərli fikirlər bu gün ona olan bütün etimadı doğruldan, öz vətənpərvərliyini, torpağa, yurda bağlılığını sübut etmiş, Vətən müharibəsində həm ön cəbhədə, həm də arxa cəbhədə öz sözünü demiş Azərbaycan gəncliyinin mənzərəsini göstərir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir