İdman

Niderlandın “Ayaks”da oynayan üçqat çempionu 29 yaşında öldü

Sharing is caring!

Konqo Demokratik Respublikası yığmasının və Amsterdamın “Ayaks” klubunun keçmiş yarımmüdafiəçisi Codi Lukoki 29 yaşında vəfat edib.

Futbolçunun ölüm səbəbi məlum deyil. Ailəsi və dostları baş verənlərdən şoka düşüb, belə ki, futbolçu son vaxtlar yaxşı formada olduğuna, ağır zədələnmədən sonra tamamilə bərpa olunduğuna sevinirmiş.

Nəşr xatırladıb ki, Lukoki “Ayaks” akademiyasını bitirib və 2011-ci ildən əsas komandada çıxış edib. Amsterdam klubunun tərkibində 3 dəfə Niderland çempionu olub.

O, həmçinin Hollandiyanın “Kambur”, “Zvolle”, Bolqarıstanın “Ludoqorets” və Türkiyənin “Yeni Malatyaspor” klublarında çıxış edib. Gənc futbolçunun son klubu Hollandiyanın “Tvente” klubu olub.

““Tvente”də mövsüm öncəsi məşqdə zədələndiyi üçün komandanın heyətində bir dənə də olsun oyun keçirə bilməyib”, – deyə qeyd edilir.

Klubun mətbuat xidməti keçmiş futbolçusunun ölümünü təsdiqləyib.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir