Siyasət

Ağ Ev sözçüsü: “ABŞ Cənubi Qafqazda dinc gələcəyin təmininə kömək üçün tərəflərlə çox fəal işləyir”

Sharing is caring!

“Birləşmiş Ştatlar Cənubi Qafqazda dinc gələcəyin təmininə kömək üçün tərəflərlə çox fəal işləyir”.

Oxu.Az-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinq zamanı deyib.

Onun sözlərinə görə, bundan əvvəl Vaşinqtonda dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan nümayəndələri ilə iki üçtərəfli görüş keçirilib. Həmçinin tərəflərlə telefon əlaqəsi də davam etdirilir.

“Ermənistan və Azərbaycanın xarici işlər nazirləri danışıqları sürətləndirmək, yaxın həftələrdə daha bir görüş təşkil etmək barədə razılığa gəliblər”, – deyə o bildirib.

Prays əlavə edib ki, Birləşmiş Ştatlar tərəflər arasında konstruktiv atmosfer və dialoqun davamına ümid edir.

“Vaşinqton davamlı sülhün təmin edilməsinə və iki dövlət arasında problemlərin həllinə yönəlmiş diplomatik səyləri dəstəkləyir”, – deyə Ağ Ev sözçüsü sözlərini yekunlaşdırıb.

Xatırladaq ki, noyabrın 7-də Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun və ermənistanlı həmkarı Ararat Mirzoyanın görüşü baş tutub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir