Siyasət

Azərbaycan XİN İndoneziyaya başsağlığı verib – FOTO

Sharing is caring!

Azərbaycan Xarici İşlər Nazirliyi İndoneziyada baş verən güclü zəlzələ ilə bağlı paylaşım edib.

Oxu.Az xəbər verir, paylaşımda deyilir:

“Qərbi Yavada, İndoneziyada baş verən dağıdıcı zəlzələ xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik. Azərbaycan bu çətin gündə dost və qardaş İndoneziyanın yanındadır”.

Qeyd edək ki, İndoneziyada baş verən 5,1 bal gücündə zəlzələ nəticəsində 268 nəfər ölüb, 1000-dən çox insan xəsarət alıb, 151 nəfər itkin düşüb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir