Siyasət

Prezidentin xüsusi nümayəndəsindən Ağdamın azad olunmasının ildönümü ilə bağlı PAYLAŞIM – FOTO

Sharing is caring!

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Twitter” hesabında Ağdam şəhərinin işğaldan azad edilməsinin ikinci ildönümü ilə bağlı paylaşım edib.

Oxu.Az xəbər verir ki, paylaşımda deyilir:

“Ağ günün mübarək, Ağdam!”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. Bununla da 27 il ərzində işğal altında olan Ağdam şəhəri qəsbkarlardan tamamilə azad edilib, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və orada bayrağımız ucaldılıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir