Siyasət

Dövlət Komitəsi İrana casusluq edən şəbəkələrin ifşa edilməsinə münasibət bildirib

Sharing is caring!

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov Azərbaycanda İran xüsusi xidmət orqanlarına işləyən casus şəbəkələrinin ifşa edilməsinə münasibət bildirib.

“Report”un xəbərinə görə, o, jurnalistlərə açıqlamasında qeyd edib ki, belə hallar əvvəllər də olub.

“Bu gün dövlət təhlükəsizlik orqanlarının peşəkarlığı o səviyyədədir ki, bundan sonra da belə aktiv tədbirlər keçiriləcək və belə təhdidlərin qarşısı zamanında alınacaq. Birmənalı deyə bilərik ki, Azərbaycanda əməliyyat şəraiti, o cümlədən dini təhlükəsizlik məsələləri kifayət qədər diqqət mərkəzində saxlanılır. Lazım gəldikcə zəruri tədbirlər keçiriləcək”, – deyə o qeyd edib.

Komitə sədrinin müavini söyləyib ki, İran tərəfindən Azərbaycana qarşı dini mövqedən yönləndirilən təhdidlər yeni məsələ deyil:

“Müstəqilliyimizin ilk illərindən başlayaraq belə hallar baş verir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir