Siyasət

Şevçenko Azərbaycan xalqını təbrik etdi

Sharing is caring!

Tanınmış rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko Azərbaycan xalqını Zəfər günü münasibətilə təbrik edib.

“Bütün azərbaycanlıları Vətənin yad işğaldan azad edilməsi və ədalətin bərqərar olması bayramı münasibətilə təbrik edirəm. Mən səmimi şəkildə bütün Qafqaz xalqlarına müharibələr və etnik münaqişələr əvəzinə sülh və qarşılıqlı əməkdaşlıq arzulayıram.

İnanıram ki, Azərbaycan və Ermənistandakı ağıllı insanlar iki xalqın mənafeyinə uyğun olaraq sülh şəraitində gələcək barədə razılığa gələ biləcəklər”, – o, özünün “Telegram” kanalında yazıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir