Siyasət

Zelenskinin nümayəndəsi: “Azərbaycanın həmlələri əraziləri işğalda olan ölkələrə örnəkdir” – VİDEO

Sharing is caring!

Azərbaycanın Qarabağdakı zəfərinin 2-ci ili hazırda öz suverenliyi uğrunda döyüşən Ukraynada da diqqət mərkəzindədir. Azərbaycanın bu qələbə ilə 30 illik işğala son qoyması, Azərbaycan Ordusunun döyüş qabiliyyəti, hətta diplomatik və informasiya cəbhəsində haqlı olmasını sübuta yetirməsi bu ölkədə nümunə kimi misal çəkilir. 

Ukrayna Prezidenti Volodimir Zelenskinin xüsusi nümayəndəsi Feyodor Venislavski Azərbaycanın hərbi və diplomatik həmlələr ilə əraziləri işğal altında olan ölkələrə doğru zamanda doğru qərar vermək örnəyi olduğunu bildirib.

“Fikrimcə, hazırda Azərbaycan haqlı tərəfdir. Azərbaycanın ərazi bütövlüyünə zəmanət verilməsi daxil olmaqla, sülh sazişinin imzalanması və gələcəkdə işğalçı, təcavüzkar addımların atılmasının qarşısının alınması üçün bütün beynəlxalq təşkilatlar bu prosesə cəlb olunmalıdır”, – deyə o əlavə edib.

Ukrayna Silahlı Qüvvələrinin hazırda cəbhə bölgəsində döyüş zabitləri olan Taras Berezovets və Roman Solohub isə Azərbaycan Ordusunu təbrik edərək, özləri üçün ondan taktiki nümunə götürdüklərini bildiriblər.

Qeyd edək ki, Ukraynada hazırda gedən genişmiqyaslı müharibəyə qədər ölkənin Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnıy mətbuata açıqlamasında bildirmişdi ki, döyüş təlimlərində Azərbaycan Ordusunun 2-ci Qarabağ müharibəsində həyata keçirdiyi əməliyyatlardan nümunə kimi istifadə edirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir