Siyasət

Azərbaycanla Gürcüstan arasındakı münasibətlər dərin ənənələr üzərində qurulub – ÖZƏL

Sharing is caring!

“Prezident İlham Əliyev Gürcüstana işgüzar səfəri çərçivəsində verdiyi açıqlamalarla son zaman regionda baş verən proseslərlə bağlı önəmli mesajlar verdi”.

Xəbəral.az xəbər verir ki, bu fikirləri Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şurasının və İdarə Heyətinin üzvü Könül İsmayılova səsləndirib. O bildirib ki, əvvəlcə prezident Azərbaycanla Gürcüstan arasında olan münasibətlərə toxundu: “Bildirdi ki, ölkələrimiz arasında əməkdaşlıq müsbət dinamika ilə inkişaf edir.  Bildiyimiz kimi Azərbaycanla Gürcüstan arasındakı münasibətlər çox dərin ənənələr üzərində qurulub.  Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayıblar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulub. Bu gün də strateji tərəfdaşlıq əlaqələrimiz müttəfiqlik səviyyəsinə qalxıb. Eyni zamanda bir çox icra olunan birgə layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır”.

Könül İsmayılova onu da deyib ki, bu gün dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var: “Yeni nəqliyyat yolları həm geosiyasi vəziyyətlə bağlıdır, həm də bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verir. Ona görə Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması, eyni zamanda, Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması artıq yeni reallıq yaradır”.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir