Siyasət

Fransadakı səfirliyimizə hücumdan sonra: “Azərbaycan İsveçrənin təhlükəsizlik orqanları ilə yaxından işləyir”

Sharing is caring!

“Azərbaycanın Fransadakı səfirliyinə hücumdan sonra biz İsveçrənin təhlükəsizlik orqanları ilə yaxından işləyirik ki, analoji vəziyyət yaranmasın. İsveçrə dünyanın ən təhlükəsiz ölkələrindən biridir”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov Cenevrədə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, belə hücumlar müxtəlif ölkələrdə baş verə bilər.

“Biz əvvəllər ASALA-nın türk diplomatlarına qarşı terror aktlarının şahidi olmuşuq. Ümid edirəm ki, bu, təkrar olunmaz”, – deyə o əlavə edib.

Qeyd edək ki, bu ilin sentyabrın 18-də Fransadakı erməni millətçiləri Azərbaycanın Parisdəki səfirliyinə hücum həyata keçirmişdilər.

Rəsmi Bakı Azərbaycanın Fransadakı səfirliyinə qarşı bu ölkədəki radikal erməni qrupları tərəfindən törədilən hücum zamanı vurulan ziyanın ödənilməsini tələb edib.

Sentyabrın 19-da Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir