Siyasət

Çavuşoğlu: “Azərbaycanın azad edilmiş ərazilərdə uğurla apardığı yenidənqurma işlərinin şahidiyik”

Sharing is caring!

“Bir neçə gün əvvəl Azərbaycanda idik. Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə uğurla apardığı yenidənqurma işlərinin şahidi olduq”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Zəngilan hava limanının açılışını etdik. Dəmir yolu layihələrinin təməlini qoyduq”, – deyə Çavuşoğlu bildirib.

Onun çıxışı nazirin “Twitter” səhifəsindən yayımlanıb.

Qeyd edək ki, oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Açılışda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla qardaş ölkənin dövlət və hökumət rəsmiləri iştirak ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir