Siyasət

Dövlət Komitəsinin sədri Avstraliyada Türkiyə diplomatları ilə görüşlər keçirib – FOTO

Sharing is caring!

Avstraliyaya səfəri şərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Türkiyənin bu ölkədəki səfiri Korhan Karakoç, Melburn şəhərindəki Baş konsulu Arif Eser Torun və Sidney şəhərindəki Baş konsulu Əli Sevimlə görüşləri keçirilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, komitə sədri Avstraliyadakı Türkiyə diplomatik korpusunun həm azərbaycanlı həmkarlarına, həm də Azərbaycan icmasına göstərdiyi böyük diqqətə və dəstəyə görə minnətdarlığını bildirib. Birgə əməkdaşlıq fəaliyyətinin Avstraliyada yaşayan çoxsaylı erməni icmasının törədə biləcəyi təxribatların qarşısının alınmasında, Azərbaycan həqiqətlərinin bu ölkədə daha geniş yayılmasında mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Qeyd edib ki, “bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyə nümayəndələrinin dünyanın müxtəlif ölkələrində, xüsusən uzaq Avstraliyada sıx birlik nümayiş etdirməsi qürurvericidir.

Azərbaycan nümayəndə heyətini Avstraliyada salamlamaqdan məmnun olduqlarını bildirən türk diplomatları Sidneydə və digər şəhərlərdə yaşayan azərbaycanlıların ölkənin və paytaxt Kanberranın ictimai-siyasi həyatında fəallıqları ilə seçildiklərini nəzərə çatdırıblar. Bütün dünyaya nümunə olan Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin Avstraliyada da nümayiş etdirildiyi, icmalarımızın sıx əməkdaşlıq etdiyi vurğulanıb. 

Görüşlərdə hər iki icmanın gələcək birgə fəaliyyəti barədə ətraflı müzakirələr aparılıb.

Qeyd edək ki, Sidneydə Türkiyənin baş konsulu ilə görüşdə konsulluq əməkdaşları, ölkəmizin Avstraliyadakı müvəqqəti işlər vəkili Ramil Qurbanov, türk icmasının nümayəndələri – Avstraliya-Türkiyə Tanıtma Alyansının rəhbəri və icraçı direktoru, Yeni Cənubi Uels ştatının Multikulturalizm Şurasının üzvü, MUSİAD-ın Sidney nümayəndəliyinin rəhbəri, “Turkish Media Limited”in rəhbəri, Nepean Türk Okulunun rəhbəri, Avstraliya Maarif Vəqfinin təmsilçisi iştirak ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir