İdman

“Qarabağ”ın potensial rəqiblərinin ilk duelində səkkiz qol vuruldu

Sharing is caring!


“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri olan Kipr “Aris”i və Belarus BATE-si II raundda ilk oyunlarını keçiriblər.

“Report”un məlumatına görə, Limasolda baş tutan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 6:2.

“Aris”dən qolları Yannis Qomis (İki), Leo Benqtsson, Sidi Bane (avtoqol), Ceyden Montnor və Mariuş Stepinski (penalti) vurublar. Qonaqlardan isə Artyom Kontsevoy və Ruslan Xadarkeviç fərqləniblər.

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 1-də Macarıstanda keçiriləcək. Bu qarşılaşmanın qalibi III təsnifat mərhələsində “Rakuv” (Polşa) – “Qarabağ” (Azərbaycan) duelinin güclüsü ilə üz-üzə gələcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir