Kriminal

BDU-nun rektor müşavirini və komendantı bıçaqlayan şəxslə bağlı QƏRAR

Sharing is caring!


Ali Məhkəmədə Bakı Dövlət Universitetinin (BDU) rektor müşavirini və komendantını bıçaqlayan İsmixan Mirzəyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, onun şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmixan Mirzəyev yeddi il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirilmədən qüvvədə saxlayıb.

Xatırladaq ki, hadisə 2021-ci il iyul ayının 27-də baş verib. Həmin vaxt Bakı Dövlət Universitetinin təsərrüfat şöbəsində fəhlə işləyən İsmixan Mirzəyev rektorun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirib. Hadisəni törətməkdə təqsirli bilinən İ.Mirzəyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 126.2.1 (qəsdən sağlamlığa ağır zərər vurma iki və daha çox şəxsə qarşı törədildikdə) və 126.2.2 (qəsdən sağlamlığa ağır zərər vurma – zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə) cinayət işi başlanıb. Təqsirləndirilən şəxs məhkəmədəki ifadəsində qəfildən maaşının azaldılmasına, sonra isə işdən azad edilməsinə görə gərgin olmasının hadisənin baş verməsinə gətirib çıxardığını demişdi.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir