Dünya

Cənubi Koreya prezidenti Bayden üçün mahnı oxudu – VİDEO

Sharing is caring!


Cənubi Koreya prezidenti Yun Sok Yol Ağ Evdə ABŞ prezidenti Co Baydenlə görüşüb. Görüşün sonunda, rəsmi şam yeməyi zamanı asiyalı qonaq Amerika prezidentinin xahişi ilə “American Pie” mahnısını ifa edib.

“Biz bilirik ki, bu, ən çox sevdiyiniz mahnılardan biridir”, – Bayden bildirib.

Onun koreyalı həmkarı isə bu mahnını orta məktəbdən bəri sevdiyini söyləyib.

Cənubi Koreya liderinin qısa çıxışı dövlət ziyafəti qonaqlarının böyük marağına səbəb olub. Yekunda Co Bayden həmkarına “American Pie” mahnısının müəllifi, bəstəkar Don Maklinin avtoqrafı olan gitara hədiyyə edib.

Qeyd edək ki, Ağ Evdəki dövlət şam yeməyində iki yüz qonaq iştirak edib.

Mənbə: focus.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir