Siyasət

Siyavuş Novruzov: “İmam Mehdi gələndə ədaləti bərpa etmək üçün gərək birinci İrandan başlasın”

Sharing is caring!

Milli Məclisin iclasında deputat Siyavuş Novruzov İranın Azərbaycanla sərhəddə, Araz boyu ərazidə hərbi təlimlər keçirməsini tənqid edib. 

Oxu.Az-ın məlumatına əsasən, Siyavuş Novruzov deyib ki, İranın Arazın kənarında hərbi təlimlər keçirməsi başadüşülən deyil. 

“30 il Azərbaycanın torpaqlarında İslam dəyərləri təhqir olunanda niyə İran hərəkətə keçmirdi? Əgər İmam Mehdinin adından istifadə edirlərsə, Mehdi gələndə ədaləti bərpa etmək üçün gərək birinci İrandan başlasın. İranın hərbi təlimlərlə etdiyi artistliyin heç yeri yoxdur”, – deyə o əlavə edib. 

Siyavuş Novruzov qeyd edib ki, İran keçirdiyi hərbi təlimlərlə Azərbaycana hədə-qorxu gələ bilməz. 

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir