Siyasət

Nyu-Yorkda Azərbaycan bayrağı ucaldılacaq – FOTO

Sharing is caring!

18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə ABŞ-ın Nyu-York şəhərində Azərbaycanın dövlət bayrağı ucaldılacaq.

Bunu “Report”un ABŞ bürosuna açıqlamasında Azərbaycan-Nyu-York Assosiasiyasının sədri Ərcan Yerdələnli deyib.

O bildirib ki, Azərbaycan bayrağı Nyu-Yorkun maliyyə mərkəzi hesab olunan və turistlərin ən çox ziyarət etdiyi küçələrdən birində – “Wall Street”də yerləşən “Bowling Green” parkında nəhəng bayraq dirəyindən asılacaq. Azərbaycan bayrağı 10 gün ərzində burada dalğalanacaq.

Assosiasiya sədri əlavə edib ki, əvvəlki illərdə də Azərbaycanla bağlı bir çox tarixi günlərdə üçrəngli dövlət bayrağımız Nyu-York səmalarını bəzəyib.

Qeyd edək ki, “Bowling Green” Nyu-Yorkun ilk rəsmi parkıdır və nəhəng bayraq meydanı kimi tanınır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir