Dünya

Senator: “Arktika Rusiya ilə ABŞ arasında münaqişə mərkəzinə çevrilə bilər”

Sharing is caring!

“İqlim dəyişikliyi enerjidaşıyıcılarının və faydalı qazıntıların kəşf edilməmiş ehtiyatlarına görə Arktikaya marağı artırıb. Eyni zamanda da bu, regionu Rusiya da daxil olmaqla potensial münaqişə mərkəzinə çevirə bilər”.

Bu sözləri CNN-ə müsahibəsində amerikalı senator Anqus Kinq deyib.

Telekanalın jurnalisti Boris Sançesin sözlərinə görə, bəzi hesablamalar son 25 ildə Arktika buzlarının 75%-ə qədər əridiyini göstərib. Alimlər proqnozlaşdırırlar ki, yaxın 12 ildə yay dövrlərində Şimal qütbü ümumiyyətlə buzla örtülməyə bilər. Bu halda yaranan əlavə məkan isə yeni nəqliyyat marşrutlarının meydana çıxmasına gətirib çıxaracaq və daşınmaların vaxtını azaltmağa kömək edəcək.

“Bu, böyük iqtisadi üstünlükdür. Ancaq unutmayın ki, Rusiya Arktika sahillərinin yarıdan çoxuna sahibdir”, – deyə jurnalist qeyd edib.

Öz növbəsində senator Moskva ilə Vaşinqton arasında Arktika ətrafında münaqişənin yarana biləcəyini istisna etməyib. O, bunu regionun ABŞ-ın xarici siyasəti və milli təhlükəsizliyi üçün vacib olması ilə əsaslandırıb.

Mənbə: “Parlamentskaya qazeta”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir