Siyasət

İlham Əliyev: “Əminəm ki, ölkələrimiz arasında qardaşlıq münasibətləri yeni dinamika, yeni stimul alacaq”

Sharing is caring!

“Dünən biz Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışında iştirak etdik. Bu park gözəl müasir istirahət mərkəzi olmaqla yanaşı, bizim xalqlarımızın qardaşlığını da təmsil edir”.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılış mərasimində bildirib.

Dövlətimizin başçısı deyib:

“Bu gün bizim yaşadığımız bu əlamətdar hadisələr xalqlarımızın yaddaşında uzun illər boyu dərin iz buraxacaq. Əminəm ki, bizim ölkələrimiz arasında qardaşlıq münasibətləri mənim dövlət səfərimin nəticələrinə görə yeni dinamika, yeni stimul alacaq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir