Siyasət

İlham Əliyev: “Biz artıq həm gələn il, həm də gələcək illər üçün mədəni gündəliyi müəyyən etmişik”

Sharing is caring!

“Biz artıq həm gələn il, həm də gələcək illər üçün mədəni gündəliyi müəyyən etmişik. Azərbaycanda Qırğızıstan mədəniyyət günlərinin, Qırğızıstanda Azərbaycanın mədəniyyət günlərinin keçirilməsi tamaşaçılara, dinləyicilərə ölkələrimizin zəngin mədəniyyəti ilə tanış olmaq, müxtəlif səviyyələrdə daha çox, daha sıx təmaslar qurmaq imkanı yaradacaq”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında söyləyib.

Məhdud tərkibdə görüş çərçivəsində təhsillə bağlı məsələlərdən də danışıldığını bildirən dövlətimizin başçısı deyib ki, tələbələrimizin ölkələrimizdəki aparıcı ali məktəblərdə təhsil almasına və gənc nəslin nümayəndələri arasında təmasların qurulmasına dair konkret proqramı müəyyən etmək lazımdır. Çünki onlar köklərimizə, ənənələrimizə gələcəkdə bizim kimi bağlı olmalıdırlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir