Siyasət

Hikmət Hacıyev Edillidəki kütləvi məzarlıqla bağlı paylaşım edib – FOTO

Sharing is caring!

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xocavənd rayonunun Edilli kəndində aşkarlanan kütləvi məzarlıqla bağlı paylaşım edib.

Hikmət Hacıyev “Twitter”də qeyd edib:

“Edilli kəndində birinci müharibə zamanı Ermənistan tərəfindən işgəncələrə məruz qalmış, öldürülmüş Azərbaycan hərbçilərinin kütləvi məzarlığı müəyyən edilib. Edilli Ermənistan tərəfindən azərbaycanlı girovlar üçün həbs düşərgəsi kimi istifadə edilib. 4 000 azərbaycanlı hərbçi/mülki itkin düşüb. Ermənistan kütləvi məzarlıq yerlərini açıqlamaqdan imtina edir”.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir