Dünya

Hindistanda faciə: Toya gedənləri aparan avtobus dərəyə yuvarlandı – FOTO

Sharing is caring!

Hindistanın Uttarxand ştatında sərnişinləri daşıyan avtobus dərəyə aşıb.

Nəticədə azı 25 nəfər həlak olub.

Hadisə Pauri Qarhval rayonunda baş verib. 40-dan çox qonağı toya aparan avtobus dərəyə yuvarlanıb. Rayonun Simdi kəndi yaxınlığında qəza yerində gecə saatlarında həyata keçirilən xilasetmə əməliyyatı zamanı ümumilikdə 21 sərnişin xilas edilib.

Bütün yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir