Siyasət

Rusiya sülh müqaviləsini imzalayacaq? – VİDEO

Sharing is caring!

Kreml İkinci Dünya müharibəsindən sonra Yaponiya ilə sülh müqaviləsinin müzakirəsi ehtimalını rədd edib. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib. 

“Yaponiya ilə İkinci Dünya müharibəsindən sonra heç vaxt imzalanmamış sülh müqaviləsinin bağlanması şərtlərinin müzakirəsi Tokionun Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyi və Ukraynaya hərbi yardım göstərdiyi bir şəraitdə mümkün deyil”, – deyə Kremlin sözçüsü vurğulayıb. 

Qeyd edək ki, bundan öncə Yaponiyanın Baş naziri Fumio Kişida Rusiya ilə sülh müqaviləsi imzalamaq fikirlərini irəli sürmüşdü. Bundan öncə isə Yaponiya hökuməti Rusiyanın Tokioya Kuril adalarını qaytarmasından sonra Moskva ilə sülh müqaviləsi imzalayacağını bildirmişdi.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir