Cəmiyyət

Bakıda toy zamanı şadlıq evində yanğın baş verib – FOTO

Sharing is caring!

Bakının Nəsimi rayonunda yanğın hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, hadisə Mircəlal Paşayev küçəsində qeydə alınıb.

“Millenium” şadlıq sarayın toy mərasimi keçirilən zaman mətbəxin tüstü bacası alovlanmağa başlayıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin dörd texnikası və canlı briqadası gəlib.

Şadlıq sarayında toy mərasiminin iştirakçıları çölə çıxarılıb. Binanın damına alovun keçməsinin qarşısı alınıb.

Yanğın söndürülüb. Şadlıq sarayına elektrik enerjisinin verilişi dayandırılıb.

Hazırda araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir