Siyasət

Fərid Şəfiyev: “Yeganə həll yolu ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınmasıdır” – FOTO

Sharing is caring!

“Sərhəddəki gərginliyin əsas səbəbi təkcə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmaması deyil. Ermənistan cəmi bir neçə gün əvvəl Zəngəzur-Mehri dəmir yolu layihəsindən imtina etdiyini açıqlamışdı”.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Twiter” səhifəsində yazıb.

“Sülh yolunda digər əsas maneələrdən biri də Qarabağdakı qeyri-qanuni erməni hərbçiləridir. 2020-ci il müharibəsindən əvvəl və sonra Ermənistan tərəfi demək olar, bütün məsələlərə mane olub. Yeganə həll yolu digər müvafiq şərtlərin təmin olunması ilə yanaşı, həm də ərazi bütövlüyümüzün tanınmasıdır”, – o bildirib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir